Accessibility links

Amerika hərbi qüvvələri Bağdadın 10 kilometrliyindədir - 2003-04-03


Birləşmiş Ştatların hərbi qüvvələri Bağdad ətraflarında İraq ordusu ilə döyüşlər aparır. Döyüşlərin getdiyi yerlərən biri şəhərin 20 kilometrliyində yerləşən Səddam beynəlxalq hava limanıdır. Birləşmiş Ştatların zirehli kolonunu müşayət edən Röyter agentliyinin müxbirinin verdiyi mə’lumata görə, hərbi qüvvələr Bağdadın 10 kilometrliyindədir. İraqın informasiya nazirinin televiziyada prezidentin adından müraciət oxumasına baxmayaraq, İraq prezidenti Səddam Hüseynin harada olduğu bəlli deyil. Nazir Amerika qüvvələrinin Bağdad yaxnılığında olmasını da inkar etmişdir. Şimalda Amerika əsgərlərinin yardımına arxalanan İraq kürdlərinin hərbi dəstələri Mosul istiqamətində hərəkət edirlər.

XS
SM
MD
LG