Accessibility links

Pauel Avropa və NATO müttəfiqləri ilə İraqın gələcyini müzakirə edib - 2003-04-03


Kolin Pauel müharibədən sonrakı İraqda beynəxalq əməkdaşlığın rolunu xüsisi qeyd etmişdir. Dövlət katibi Birləşmiş Ştatların başçılğı ilə İraqa qarşı müharibə əleyhinə çıxış edən Fransa, Rusiya və Almaniyanın xarici işlər nazirlərilə təkbətək müzakirələr keçirmiş, bundan sonra Avropa Birliyi və NATO-nun bütün üzvlərilə bərabər naharda iştikra etmişdir. Kolin Pauel Avropa və NATO ölkələrinin xarici işlər nazirlərilə görüşlərdən sonra verdiyi mətbuat konfransında İraqda vəziyyətin tədricən sabitləşməsi prosesilə bağlı planın əsas müddəalarını açıqlamışdır. O bildirmişdir ki, proses hərbi komandanlığın müvəqqəti hökumət təşkil etməsilə başlaycaq və tədricən bu hökumətdə BMT, habelə İraq xalqının nümayəndələri təmsil olunacaq. Dövlət katibi qeyd etmişdir ki, İraqın azad edilməsi missiyasını öz üzərinə götürmüş Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya müharibədən sonrakı İraqda da əsas nüfuza malik olmalıdır. “Mən hesab edirəm ki, koalisiya qarşıda duran vəzifələrin həllində əsas rol oynamalıdır. Lakin bu o demək deyil ki, biz başqalarını kənarlaşdırmaq istəyirik, ya da beynəlxalq ictimiayyətlə, xüsusilə də BMT ilə əməkdaşlıq məsələsi üzərində işləmək istəmirik.”

Dövlət katibi Pauel BMT-nin baş katibi Kofi Annanın koalisiyanın nəzərdə tutduğu hərbi administrasiya və onu əvəz edəcək müvəqqəti hökumətlə bütün məsələləri birgə müzakirə etmək üçün yaxın zamanlarda BMT-nin koordinatorunu tə’yin edəcəyinə ümid etdiyini bildirmişdir. Avropa liderləri Səddam Hüseyndən sonrakı İraqda bərpa prosesində mərkəzi rol oynamalı olduqlarını qəbul edirlər. Bununla belə, Avropa ölkələri BMT-nin əsas rolu öz üzərinə götürməsini istədiklərini açıq bəyan etmişlər. Berlində Almaniyanın xarici işlər naziri Qerhard Şröyder Almaniyanın BMT-nin İraqın bərpasında aparıcı rol oynamalı olduğu mövqeyindən çıxış etməsini qeyd etmişdir. O, Almaniyanın müharibə əleyhinə olduğunu bir daha təsdiqləmiş, lakin müharibənin tez zamanda sona çatacağına və İraq xalqının sülh, azadlıq və öz müqəddəratını özünün tə’yin etməsi arzusunın həyata keçəcəyinə ümid bəslədyini söyləmişdir. Hal-hazırda Avropa birliyində sədrlik vəzifəsini icra edən Yunanıstanın xarici işlər naziri Corc Papandreu məsələ ilə bağlı konsensusun əldə olunduğunu bildirmişdir. NATO-nun baş katibi general Corc Robertson İraq münaqişəsinin tez bir zamanda sona çatdırılmalı olduğu məsəlsəsində tam razılığın ədlə olunduğunu demişdir. Corc Robertson xəsarətlərin minimal səviyyəyə çatıdılmasına çalışmağın zəruriliyini və İraq xalqına ən tez bir zamanda yardmın çatıdırılmalı olduğunu xüsusi vurğulamışdır. Dövlət katibi kolin Paeulin Avropa və NATO liderlərilə görüşü onun Ankarada Türkiyənin rəsmi nümayəndələrilə danışıqlarından sonraya təsadüf edir. Türkiyənin xarici işlər naziri Abdulla Güllə keçirdiyi mətbuat konfransında cənab Pauel ABŞ və Türkiyə arasında fikir ayırlıqlarının həll olunduğunu bildirmişdir. Birləşmiş Ştatlar özünün NATO müttəfiqi ilə İraqın şimalında koalisiya qüvvələrinin yanacaqla Türkiyə ərazisindən tə’min olunması haqda razılıq əldə edə bilmişdşir. Kolin Paeulin bildirdiyinə görə, Türkiyə habelə İraqa humanitar yardımın da öz ərazisindən çatırılmasına razılıq vermişdir.

XS
SM
MD
LG