Accessibility links

Amerikanın döyüş təyyarəsi öz konvoyunu dağıdıb - 2003-04-06


Birləşmiş Ştatların hərbi nümayəndələri İraqın şimalında 10 adamın ölümünə səbəb olan hadisəni araşdırırlar. Kürd rəsmilərinin bildirdiyinə görə Amerikanın döyüş təyyarəsi bu gün kürd döyüşçüləri və Birləşmiş Ştatların xüsusi təyinatlı qüvvələrinin birgə konvoyunu Kərkük və Mosul şəhərləri arasında atəşə tutmuşdu. Əsgərlər arasında olan Britaniya jurnalisti yanan maşınlarda 10-a yaxın insan cəsədi saydığını deyir. Kürd nümayəndələri 18 kürdün həlak olduğunu, 45-nin isə yaralandığını bildirirlər.

XS
SM
MD
LG