Accessibility links

İraqın yenidənqurmasında BMT-nin rolu nə olacaq? - 2003-04-07


Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan bu gün Təhlükəsizlik şurası ilə görüşüb, müharibədən sonrakı İraq məsələsini müzakirə edir. Görüşdən əvvəl BMT-nin binası qarşısında müxbirlərlə görüşü zamanı Kofi Annan BMT-nin mühüm rol oynayacağından əminliyini dilə gətirmişdi. O demişdir ki, BMT İraqın yenidənqurma prosesinə beynəlxalq legitimlik gətirə bilər. Baş katib pakistanlı diplomat Rafuiddin Əhmədin müharibədən sonrakı İraq məsələsi üzrə müşavir tə’yin edildiyini də e’lan etmişdir. “Nəyə görə müharibədən sonra BMT Şərqi Timor və Kosovoda olduğu kimi İraqda rəhbərliyi əlinə almayacaq” sualının cavabında BMT-nin baş katibi demişdir ki, İraq nə Şərqi Timor, nə də ki, Kosovodur. İraq tə’limatlı hərbi personala, effektiv mülki ximət və mühəndisliyə malik bir ölkədir. Ölkənin siyasi gələcəyində onların özləri rol oynayacaqlar.

XS
SM
MD
LG