Accessibility links

Amerika əsgərləri Bağdadın daxilndə hərəkət etməyə davam edirlər - 2003-04-08


Birləşmiş Ştatların qüvvələri Bağdadın içərilərinə doğru irəliləməyə davam edirlər. Koalisiyanın rəsmi şəxsləri isə dünən həyata keçirilən hava hücümunda İraq liderinin öldürülüb öldürülmədiyini öyrənməyə cəhd edirlər. ABŞ-ın rəsmi şəxsləri bildirirlər ki, Bağdadın Mənsur yaşayış qəsəbəsinin bombalanaması əmri kəşfiyyatın Səddam və onun iki oğlunun həmin ərazidə olmasına dair verdiyi mə’lumatına əsaslanırdı. Rəsmi şəxslər qeyd edirlər ki, Səddamın hücum vaxtı həmin yerdə olub-olmamasını müəyyənləşdirmək üçün əlavə vaxt tələb olunur. Hücum nəticəsində bir neçə ev dağıdılmış və zədələnmişdir. Xəbərlərə əsasən, azı 9 nəfər həlak olub. Bağdadın bir çox hissələrində döyüşlər davam edir. Qumbaraatanlar və avtomatlarla silahlanmış iraqlılar şəhərə doğru irəliləyən Amerika qüvvələrinə güclü müqavimət göstərirlər.

XS
SM
MD
LG