Accessibility links

Bağdaddakı xəstəxanalarda tibbi ləvazimat çatışmır - 2003-04-08


Getdikcə artan müharibə qurbanlarına tibbi yardımın göstərilməsi daha da çətinləşib. Bunu beynəlxalq yardım təşkilatları bildirirblər. Ümumidünya sağlamlıq təşkilatı bildirib ki, yanıqlar, baş və onurğa sütununda qəlpə yaralarının müalicəsi üçün tələb olunan avadanlığın çatışmazlığı problemi mövcuddur. BMT agentliyinin bu açıqlaması Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin Bağdadda 24 saat fasiləsiz işləyən həkimlərinin tibbi ləvazimatın çatışmaması barədə verdiyi xəbərdarlığın əks sədasıdır. Hər iki təşkilat bildirir ki, elektrik enerjisinin kəsilməsi və suyun çatışmaması vəziyyəti daha da ağırlaşdırır.

XS
SM
MD
LG