Britaniyanın xarici işlər naziri Cək Strou İraqın gələcəyi ilə bağlı onun qonşuları-koalisiyanın Birləşmiş Ştatların başçılıq etdiyi müharibəyə müdaxilə etdiklərində ittiham etdiyi İran və Suriya ilə dialoq yaradılmasının vacibliyini qeyd edib. Bu gün Britaniya parlamentində çıxış edən xarici işlər naziri yaxın gələcəkdə yüksək səviyyəli diplomatların müharibədən sonrakı İraqın yenidənqurma məsələsinin müzakirəsi məqsədi ilə Suriya və İrana göndəriləcəyini e’lan edib. Cənab Strou həmçinin, gələn həftə İran körfəzinə səfər edəcəyini deyib, lakin hansı ölkələrdə dayanacağı barədə mə’lumat verməyib.