Accessibility links

Kürdlər Kərkükün nəzarətini ələ keçiriblər - 2003-04-10


Birləşmiş Ştatların xüsüsi tə'yinatlı qüvvələrinin köməyi ilə şimali İraqdakı kürd döyüşçüləri strateji əhəmiyyətli Kərkükü ələ keçiriblər. İraq qüvvələri şəhəri döyüşsüz tərk ediblər. Şəhər sakinləri hadisəni Səddam Hüseynin heykəlini uçurmaqla qeyd ediblər. Bu arada, İraq paytaxtında mövqelərini möhkəmləndirən Amerika qoşunları Bağdadda hələ də qalan Səddam tərəfdarları ilə döyüşlər aparırlar. ABŞ-ın Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi bildirib ki, Səddama sadiq qüvvələrin Bağdada girib-çıxmasının qarşısını almaq məqsədilə Amerika qoşunları şəhəri bütövlüklə mühasirəyə alıblar. O, müxbirlərə deyib ki, Amerika qüvvələri Səddam, onun oğulları və digər rəsmi şəxslərin harada olduqlarını bilmirlər

XS
SM
MD
LG