Accessibility links

Amerikalı əsirlər Tikrit yaxınılığında tapılmışlar - 2003-04-13


Birləşmiş Ştatlatın hərbi dəniz qüvvələrinin əsgələri Tikrit şəhəri yaxınlığında amerikalı yeddi müharibə əsirini sağ-salamat tapmışlar. Aralarında bir nəfər Afrika mənşəli amerikalı qadının olduğu keçmiş əsirlərin güllə yaraları almalarına baxmayaraq, vəziyyətlərinin normal olduğu bildirilir. Yeddi əsirin tapılması xəbərini ilk dəfə olaraq koalisiyia qüvvərinin komandiri, Birləşmiş Ştatların generalı Tommi Franks açıqlamışdır. General habelə bildirmişdşir ki, Tikrit istiqamətində irəliləmə zamanı müqavimətə rast gəlinməmişdir. Bununla belə, general Franks xəbərdarlıq etmişdir ki, İraqda müharibənin baş çatdığını demək hələ tezdir. Bu arada, koalisiya qüvvələri Bağdadda İraq polisinin köməyilə şəhərdə qayda-qanun yaratmağa başlayıblar. Beynəlxalq Qırmızı Xaç xəstəxanalarda su çatışmazlığı və elektrik enerjisi qıtlığı problemlərinin mövcud olduğunu göstərir. Komitə bildirir ki, talanlar xəstəxanalarda tibbi ləvazimatın çatışmamasına gətirib çıxarmışdır.

XS
SM
MD
LG