Accessibility links

Corc Buş: Səddam Hüseyn rejimi artıq mövcud deyil - 2003-04-15


Prezident Buş bildirib ki, Səddam Hüseyn rejimi artıq mövcüd deyil, lakin İraqın bəzi hissələrində koalisiya qüvvələri hələ də təhlükəli düşmənlə üzləşir. Bu gün Ağ Evdə çıxış edən prezident Buş bildirib ki, koalisiya İraq xalqına azad bir ölkə qurmasına yardım etməlidir. Bu arada isə Birləşmiş Ştatların hərbi qüvvələri İraq döyüşçülərinin gizləndiyi yerləri axtarırlar. Koalisiya yardım və təhlükəsizliyin təminatı kimi qeyri-hərbi məqsədlərə daha çox diqqət yetirir. Amerikanın dəniz desantçıları Bağdadda İraq müharibəsini ışıqlandıran xarici jurnalistlərin qaldığı “Fələstin” mehmanxanası otaqlarına reyd ediblər. Amerika əsgərləri buna oxşar əməliyyatları bir gün qabaq ələ keçirdikləri Səddam Hüseynin doğulduğu Tikrit şəhərində də keçirmişdilər. Dünən Birləşmiş Ştatların rəsmi şəxsləri İraqda genişmiqyaslı döyüş əməliyyatlarının başa çatdığını bildiriblər. Birləşmiş Ştatların Mərkəzi Komandanlığına əsasən, koalisiya qüvvələri döyüşlər zamanı şəhərlərdə sıradan çıxmış su və elektrik enerjisinin bərpasına çalışırlar.

XS
SM
MD
LG