Accessibility links

ABŞ-ın dövlət katibi Suriyaya gedir - 2003-04-17


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell bu yaxınlarda “olduqca məxfi müzakirələr” məqsədi ilə Suriyaya gedəcəyini bildirib. Yaxın Şərqdə sülhün bərpası məqsədi ilə həyata keçiriləcək səfərin tarixi müəyyən edilməyib. Buş administrasiyaının yüksək səlahiyyətli nümayəndələri dəfələrlə Suriyanı İraq rejiminə sığınacaq verdiyində, habelə kimyəvi silahların istehsalı və sınağında günahlandırmışdı. Suriyanın xarici işlər naziri Fərux Əl-Şara bu gün Qahirədə prezident Hüsnü Mübarəklə görüşündən sonra deyib ki, cənab Pouell Dəməşqə xoş gəlir, lakin Suriya heç bir silah təftişinə yol verməyəcək. Nazirin dediyinə görə Suriya Yaxın Şərqin kütləvi ğırğın silahlarından azad edilməsi mübarizəsinə qoşula bilər.

XS
SM
MD
LG