Accessibility links

Səddamın daha bir məsləkdaşı ələ keçirilib - 2003-04-18


Iraqda koalisiya qüvvələri diqqətlərini təhlükəsizlik və kommunal xidmətlərin bərpasına yönəldiblər. Digər tərəfdən bu gün Bağdadda on minlərlə adam ABŞ-ın şəhərdəki hərbi mövcudluğuna qarşı nümayiş keçiriblər. ABŞ hərbiçiləri isə bu nümayişin iraqın azad bir ölkə olmağa başladığı kimi şərh ediblər. İraqda Səddam Hüseyn hökumətinin daha bir yüksək vəzifəli nümayəndəsi ələ keçirilib. Mərəzi Komandanlığın nümayəndəsi Brigada Generalı Vincent Bruks Samir Əbdul Əziz Əl-Najimin İraq rejimində mühüm vəzifə tutduğunu və rejmin fəaliyyətləri barədə əsaslı məlumata malik bir şəxs olduğunu qeyd idib. O, cənab Najimin axtarılan 50 adamın siyahısına daxil olduğunu deyib. Bununla da İraq rejiminin dörd yüksək vəzifəli nümayəndəsi artıq koalisiya qüvvələrinin nəzarəti altındadır. Bu arada keçən 24 saat ərzində Bağdadın şimalında ABŞ-ın quru qüvvələri ilə İraqın yarı-hərbi birləşmələri arasında döyüşlər baş vermiş, ABŞ qüvvələri düşmənin 8 yüngül maşınını sıradan çıxararaq, 30 döyüşcünü nəzarət altına almışlar.

XS
SM
MD
LG