Accessibility links

Şimali Koreya aprelin 27-də yığıncaq keçirməyi təklif edib - 2003-04-19


Cənubi Koreyanın rəsmi nümayəndələri deyirlər ki, Şimali Koreya aprelin 27-də Pxenyanda yığıncaq keçirilməsini təklif edib. Bu təklif Şimali Koreyanın kimyəvi silahlar üçün istifadə edilə biləcək 8 mindən çox yanacaq çubuğunun yenidən e’malina başladığını e’lan etməsindən sonra edilib. Birləşmiş Ştatların ekspertlərinin fikrincə bu hələ işə başlanması demək deyil, bu, e’mala hazırlıqdır. Birləşmiş Ştatların rəsmi nümayəndələri gələn həftə keçiriləcək Çin-Şimali Koreya danışıqlarında Amerikanın iştirak edib-etməməsi məsələsinin nəzərdən keçirildiyini bildirirlər. Eyni zamanda, “Avstraliyan” qəzeti Şimali Koreyanın 20-dən çox yüksək rütbəli rəsmilərinin və nüvə alimlərinin Birləşmiş Ştatlar və onun müttəfiqlərinə təslim olduğunu yazır.

XS
SM
MD
LG