Accessibility links

Çernobıl faciəsindən 17 il keçir - 2003-04-19


Bu gün Ukraynanın paytaxtı Kiyevdə minlərlə adam Çernobıl qəzasından sağ qurtaranlara təzminat ödənilməsi tələbi ilə yürüş keçirib. Nümayişçilər şəhər küçələrinə matəm musiqisi ifa edən orkestrin müşayiəti ilə çıxmış, əllərində 17 il əvvəl baş verən Çernobıl qəzasının qurbanlarının şəkillərini daşımışlar. Ukraynanın Çernobıl birliyi təşkilatı tərəfindən təşkil edlən yürüş hadisənin ildönümündən bir həftə əvvəl keçirilib.

XS
SM
MD
LG