Qərb xəbər agentlikləri və mətbuatı Prezident Heydər Əliyevin dünən televiziya ilə canl yayımda Respublika Sarayında çıxışı zamanı dramatik şəkildə iki dəfə huşunu itirməsi xəbərinə geniş yer ayırıb. Qeyd edək ki, dünyanın əsas televiziya kanalları o cümlədən ən çox baxılan britaniyanın BBC teleşirkəti Əliyevin qəflətən ürəyindən tutması kadrlarını xəbərlər blokunda yayımlamışdı. Amerikanın Vaşinqton Post, Nyu York Tayms qəzetləri baş verən hadisə ilə bağlı ətraflı məlumat dərc ediblər. Nyu York Tayms qəzeti Bakıda Repsublika sarayında baş verən hadisəni təffaruatı ilə oxucularına çatdırırb. Prezident Əliyevin agrı içində əlilə ürəyindən tutan şəklini dərc edib. Qəzet yazır ki, dünənki hadisə Azərbaycanda Əliyevin hakimiyyətdə nə qədər qala biləcəyi barədə mülahizələri daha da gücləndirib. Qəzet yazır ki, Əliyev bu ilin Oktyabırında yenidən prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Lakin İnsan haqları müdafiəsilə məşğul olan qruplar Əliyevdən müxalifəti əzməklə, mətbuatı senzuraya məruz qoymaqla, seçkiəri saxtalaşdırmaqla, ölkə sakinlərinin əksərriyyətinin yoxsulluq içində yaşadığı bir vaxt ölkənin var dövlətini yaxınlarına və qohumlarına ötürməklə hakmimiyyəti əlində saxlamasından gileylənirlər. Bu qruplar Əliyevi onun hakmiyyətdən getməsindən sonra ölkədə sabitliyi təmin edəcək dayanaqlı demokratik institutların yaratmamaqda ittiham edirlər.
FRANS PRESS agentliyi isə mövzuya həsr etdiyi məqaləsində bildirir ki, Əliyevin sağlamlığı ilə bağlı yaranmış son qorxu o deməkdir ki, Azərbaycanda hakmimiyyət dəyişikliyi baş verəcək gün uzaqda deyil, yaxındadır.
FRANS PRESS qeyd edir ki, siyasi qarmaqarışıqlıq Azərbaycanın neft sənayesinə milyardlarla dollar sərmayə qoyan qərb neft şirkətləri üçün bəd xəbərdir və Qərb diplomatları narahatdılar bu təhlükəli regionda vəziyyəti daha da qeyri sabit edə bilər.
Adının çəkilməməsi şərti ilə müsahibə verən Əliyevin keçmiş köməkçisi bildirirb ki, Azərbaycanın siyasi sistemi bir nəfərdən asılıdır. Əgər onun problemi yaranarsa, bütün dövlət strukturu iflic vəziyyətə düşür. Onun sölzərinə görə, hakim elitanın içində mübarziə gedir və yeni liderin kim olacağı barədə razılıq yoxdur.
Əliyevin keçmiş köməkçisinin sözlərinə görə, yaranmış vəziyyətdə növbəti prezident seçkilərinə kimi hakim elita özünə yeni namizəd tapmağa məcbur olacaq.