Accessibility links

Müharibədən sonrakı İraqda yenidənqurma işləri qaydasında gedir - 2003-04-23


Müharibədən sonraki İraqın yenidərnqurma işlərinə koordinatorluq edən Cey Qarner İraqda milki idarələrin inşasına hazırlığın qaydasında getdiyini deyir. Birləşmiş Ştatların təqaüddə olan generalı İraqın cənubundakı müharibə əlehinə nümayişlərin onu narahat etmədiyini deyib, əksinə, bunun İraq xalqının azadlığının nümayişi demək olduğunu bildirib. General Qarner ictimai rəyin İraqda birdəfəlik təhlükəsiz bir mühit yaradacağına nikbinliklə yanaşdığını və xalqın həyati tələbatının ödəniləcəyinə inandığını bildirib. Eyni zamanda, müharibə başlanandan bəri ilk dəfə olaraq, bu gün İraqın cənubunda borulara neft buraxılıb və Bağdadın bə”zi yerlərinə elektrik verilib.

XS
SM
MD
LG