Cənubi Koreyanın yunifikasiya naziri Cong Se Hyun Şimali Koreyanın rəsmi nümayəndələri ilə Pxenyanın nüvə proqramından əl çəkməsi tələbi ilə yüksək səviyyəli danışıqlara başlayıb. Bu gün danışıqlara başlamazdan əvvəl nazir demişdi ki, Şimali Koreyanın nüvə proqramına malik olduğu həqiqət olsa, bu, 1992-ci il iki ölkə arasında əldə edilən sazişin pozulması deməkdir. Həmin sazişə əsasən nüvə silahlarının istehsalı, onların saxlanması və inkişafı qadağandır. Hazırda Londonda səfərdə oan Yaponiyanın baş naziri Yunişiro Koyzumi demişdir ki, Şimali Koreyanın, onun sözəri ilə deyirsə, bu “təhriklərinə” sakit cavab verilməlidir.