Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Bakıda insan hüquqlarının dəstəklənməsi və beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələlərinə həsr edilmiş bir toplantıya sponsorluq edir. Toplantı BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq terorçuluğa qarşı dövlətləri əməkdaşlığa çağıran qətnaməsinin həyata keçirilməsinə yardım göstərmək məqsədilə təşkil edilib. ATƏT-in Bakıdakı şöbəsinin başçısı səfir Peter Burxard toplantının açılışında etdiyi çıxışında Azərbaycan hökumətinin bu sahədəki əməkdaşlığını alqışlayıb.