Accessibility links

ABŞ-ın Müdafiə Naziri Bağdada gedib - 2003-04-30


Birləşmiş Ştatların Müdafiə Naziri Rumsfeld İraq xalqına bildirib ki, Birləşmiş Ştatlar İraqın nəzarətini İraq xalqına qaytarmaqda əzmkardır. Cənab Rumsfeld Birləşmiş Ştatların hərbi qüvvələri Baqdadı ələ keçirdikdən üç həftə sonra, ilk dəfə olaraq Baqdada gedib. O, İraq xalqına deyib ki, koalisiyanın hərbi qüvvələri İraq xalqına tiranlıq rejimindən qurtarmağa və azad bir hökumət sisteminin təşkilinə yardım edəcəklər. Cənab Rumsfeld bəyanatında qeyd edib ki, Birləşmiş Ştatlarıın əsas məqsədi İraqda sabitliyi və təhlükəsizliyi təmin etməkdir. Bu da öz növbəsində İraq xalqına seçdiyi hökumət quruluşunun təşkilinə yardım göstərə bilər. O, İraq xalqına söz verib ki, bu məqsədə nail olan kimi koalisiya qüvvələri də İraqı tərk edəcəklər. Cənab Rumsfeld İraq xalqını xarici yaraqlıları tutmağa çağıraraq bildirmişdi ki, onlar ölkəni ələ keçirməyə çalışırlar. Cənab Ramsfeld çıxışını Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin baş qərərgahında edib. Hazırda baş qərərgah Səddam Hüseynin saraylarından birində yerləşir.Cənab Ramsfeld koalisiyanın hərbi qüvvələrinin əsgər və zabitləri ilə və İraqın yenidənqurulmasına məsuliyyət daşıyan Birləşmiş Şytatların təqaüddəki generalı Cey Garden ilə görüşüb. O, Küveytdən Baqdada gedib. Çərşənbə axşamı da Səudiyyə Ərəbistanlı həmkarı şahzadə Sultan ilə müzakirələr keçirmiş və ölkəsinin Səudiyyə krallığındakı hərbi qüvvələrinin çıxarılacağını elan etmişdir.

XS
SM
MD
LG