Accessibility links

İraqda qumbara hücumu nəticəsində 7 Amerika əsgəri yaralanıb - 2003-05-01


Birləşmiş Ştatların mərkəzi komandanlığının bildirdiyinə görə, İraqda Falluca şəhərində qumbara bombası ilə edilmiş hücum zamanı 7 Amerika əsgəri yaralanıb. Fallucada Amerika ordusunun zabiti şəxsiyyəti müəyyən edilməmiş adamların Birləşmiş Ştatların hərbi düşərgə kimi istifadə etdiyi polis məntəqəsinə qumbaralar atdığını söyləmişdir. Mərkəzi Komandanlığın bəyanatında əsgərlərdən beşinin müalicə üçün evakuasiya edildiyi, lakin hamısının vəziyyətinin sabit olduğu deyilir. Şəhərdə vəziyyət Amerika əsgərlərinin nümayişçilərə atəş açması ilə gərginləşmişdir. Hadisə zamanı 15 iraqlı həlak olmuşdur. Bu arada, Britaniya 1990-cı ildə Körfəz müharibəsindən sonra ilk dəfə olaraq İraqda diplomatik nümayəndələyin açılacağını bildirmişdir.

XS
SM
MD
LG