Accessibility links

Türkiyədə şiddətli zəlzələ nəticəsində 100 yaxın adam həlak olub - 2003-05-01


Bu gün Türkiyənin cənub-ərgində baş verən şiddətli zəlzələdən sonra xilasetmə işçiləri dağıntılar altında qalan adamları axtarırlar. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayının 100-ə yaxın olduğunu bildirib. Rixter şkalası ilə 6.4 bal gücündə olan zəlzələ yerli vaxtla səhər saat 3: 27 dəqiqədə baş vermişdir. Zəlzələnin episentri əsas etibarilə kürdlərin yaşadığı Bingöl vilayətindədir. Rəsmi nümayəndələr 400 adamın yaralandığını deyiblər. Onların çoxu zəlzələ nəticəsində dağılmış bir yataqxananın dağıntıları altında qalan şagirdlərdir. Zəlzələdən sonra ardıcıl olaraq baş verən yeraltı təkanlar xilasetmə və axtarış əməliyyatlarını çətinləşdirir.

XS
SM
MD
LG