ABŞ rəsmiləri bildiriblər ki, həbs edilmiş bu iki şəxs koalisiyanın tərtib etdiyi axtarışda olan 55 sabiq İraq höküməti üzvlərinin siyahısında idi. Cümə günü həbs olunduqları e’lan edilən bu iki şəxsin adı-Abd Al Tavvab Molla Huvayş, və Taha Muhil Əd-Din Mə’ruf. Cənab Huvayş İraqın Hərbi Səyaneləşmə İdarəsinin başçısı idi. O, koalisiyanın siyahısında 16-cı idi. Cənab Mə’rufun Kürd əsilli olduğu bildirilir. Səddam Hüseyn hökümətində iki vitse-prezidentdən biri olmuş Mə’ruf elit İnqilabi Komandanlıq Şurasının üzvü idi. O, həmin siyahıda 42-ci idi.