Accessibility links

Ramsfild: İraq müharibəsi yaramaz ölkələrə xəbərdarlıq oldu - 2003-05-04


İraq müharibəsi digər ölkələrə ciddi xəbərdarlıq idi: kütləvi qırğın silahları əldə etməyə çalışmayın və terrorizmi dəstəkləməyin. Bunu Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild bu gün Fox televiziyasına müsahibəsində bildirib. Cənab Ramsfildin dediynə görə, müharibə kütləvi qırğın silahları istehsal etməyə çalışan və terrorçuları dəstəkləyən ölkələrin davranışını dəyişdirə bilər. Müdafiə naziri habelə koalisiya qüvvələrinin hakimiyyətdən devrilmiş İraq lideri Səddam Hüseyni tapacağına və kimyəvi və bioloji silahlarının olduğuna dair dəlil aşkar edəcəklərinə inandığını bəyan edib.

XS
SM
MD
LG