Accessibility links

Yeni Müsavata basqin - 2003-05-05


Bazar günü, mayın 4-ü saat 21.30 radələrində idmançı görkəmli bir qrup şəxs müxalifət qəzeti olan "Yeni Müsavat"a basqın edərək, redaksiyanı dağıdıb. Xalq Cəbhəsi Partiyası Şərur rayon şöbəsinin keçmiş fəalı Fəraməz Allahverdiyev basqını təşkil edib.

"Yeni Müsavat" qəzetinin redaktor müavini Qabil Abbasoğlunun TURANa bildirdiyinə görə 30-40 nəfərdən ibarət olan basqınçıların bəziləri içkili olub. 20-25 dəqiqə ərzində basqınçılar redaksiyada olan avdanlıqları sındırıblar, jurnalitsləri döyüb və təhqir ediblər. Qabil Abbasoğlu, Elşad Paşasoy, Səlim Əzizoğlu, Xalid Kazımlı və başqaları bədən xəsarəti alıblar.

Basqınçılar jurnalistlərdən Heydər Əliyevin səhhəti və hökuməti tənqid haqda materiallar yazamağa son qoymağı tələb ediblər. F.Allahverdiyev "Yeni Müsavat" əməkdaşlarından ünvanına tənqidi məqalələr yazmamağı da tələb edib.

"Yeni Müsavat"ın əməkdaşlarının sözlərinə görə basqınçılara hündürboylu, əlində mobil telefon olan bir şəxs rəhbərlik edib. Redaksiyaya hücum etməklə yanaşı, o, qalan basqınçılara da göstərişlər verirmiş. Sonra o bayıra çıxıb, mobil telefonla kiminləsə əlaqə saxlayıb və yenidən redaksiyaya qayıdıb. Basqınçılar bu zaman redaksiyada olmayan Rauf Arifoğlunu öldürəcəklərilə hədələyiblər. Ən maraqlısı budur ki, basqınçıların əlində videokamera olub və öz basqınlarını lentə alıblar. Onların bəzilərinin əlində taxta, bıçaq olub, qalanları isə sınmış şüşələri jurnalistlərə atıb.

Basqınçılar bütün mebel, şüşələri sındırdıqdan sonra qrup şəklində redaksiyadan qaçmağa başlayıblar. Bununla belə jurnalistlərdən kimsə polisə zəng edə bilib. Zərərçəkənlərin sözlərinə görə hadisə yerinə gələn polislər basqınçılardan altı nəfəri saxlayaraq Səbayel rayon polis idarəsinə aparıb. Amma polislər TURANın müxbirlərinə dörd nəfəri saxladıqlarını bildiribər.

Döyülmə nəticəsində baş redaktorun müavini Qabil Abbasoğlu huşunu itirib və təcili yardım çağırmaq lazım gəlib

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu basqını konkret müxalifət KİV-nə qarşı yönələn siyasi sifariş adlandırıb. O, qeyd edib ki, son bir neçə gündə rəsmi Bakının nümayəndələri və hakim partiyanın fəalları "Yeni Müsavat" qəzetilə haqq-hesab çəkmək üçün televiziya vasitəsilə açıq-aşkar çağırışlar edirdilər. Rəsmi qəzetlərdə dərc edilən qızışdırıcı materiallarda müsavatçıların və qalan "xalq düşmənlərinin" dövlət başçısının səhhətilə batğlı "əclaf" və "yaramaz məqalələrə" görə cəzalandırılması tələb edilirdi.

"Bu gün baş verənlərin hamısının arxasında hakimiyyət və konkret olaraq prezident aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov durur. O, bu gün televiziya vasitəsilə bizimlə haqq-hesab çəkməyə açıq çağırış etdi. Biz oxucularımıza hazırlanan fitnə-fəsad barədə məlumat vermişdik və bu ehtimallar özünü doğrultdu. Üç gün öncə təhlükəsizliyimizin təmin rounması üçün polisə müraciət etmişdik. Onlar redaksiyanın qapısı yanında post qoydular, lakin iki saat yarımdan sonra yığışdırdılar" - deyə baş redaktor bildirib.

XS
SM
MD
LG