Accessibility links

Qasırğa 30 adamın ölümünə səbəb olub - 2003-05-05


Birləşmiş Ştatların mərkəzində yerləşən bir neçə ştat dünən qasırğanın ağır zərərinə məruz qalıb. Təcili yardım dəsdələri binaların qalıqları altından xilasetmə fəaliyyətlərinə davam edirlər. Həmin ştatlarda şiddətli külək və yağış otuzdan çox adamın həlak olması, onlarla adamın yaralanmasına yol açıb. Qasırğa ən çox Missuri, Kansas, Arkansas və Tennisi ştatlarına zərər vurub. Qasırğanın Amerikanın şərq sahillərinə doğru irəlilədiyi xəbər verilib.

XS
SM
MD
LG