Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi “Yeni Müsavat”a qarşı hücumu qınayıb - 2003-05-06


Təşkilat Azərbaycan hökumətini hücumla bağlı təhqiqat aparılması və məs’uliyyət daşıyanların cəzalandırılması üçün əlindən gələni etməyə çağırıb. Bazar günü axşam 30 nəfər “Yeni Müsavat”ın ofisinə hücum edib mebeli dağıtmış, şüşələri sındırmış və dörd jurnalistə qarşı fiziki təzyiq göstərmişdir. Hücumçular qəzetdə Azərbaycan prezidenti Heydər Əliyevin səhhətilə əlaqədar dərc edilmiş məqalələrə görə qəzəbləndiklrini bildirmişlər. Polis hadisə yerində dörd nəfəri həbs etmişdir, lakin Jurnalistləri Müdafiə Komitəsi onlardan birinin azad edildiyini və heç birinə qarşı ittiham irəli sürülmədiyini bildirir.

XS
SM
MD
LG