Accessibility links

Səddam Hüseynin yeni kasseti tapılıb - 2003-05-07


Avstraliyanın “The Sydney Morning Herald” qəzetinin yazdığına görə İraq xalqını ABŞ-ın koalisiya qüvvələrinə qarşı gizli müharibəyə səsləyən Səddam Hüseynin audiokasseti əldə edilib. 15 dəqiqəlik lent yazısının “Əl-Cəzirə” televiziyasına vermək istəyib, lakin televiziya ilə əlaqə yarada bilməyən iki şəxs tərəfindən verildiyi bildirilir. Qəzet yazır ki, kasset Avstraliyanın linqvist ekspertləri və onlarla iraqlı tərəfindən dinlənmiş, səs və ritorikanın Səddama olduqca yaxın olduğu deyilmişdir. Ağ Evin nümayəndəsi Ari Flayşer bu gün kassetin tədqiq ediləcəyini bildirib.

XS
SM
MD
LG