Accessibility links

Buş NATO-ya 7 namizəd ölkənin nazirlərilə görüşdü - 2003-05-08


Prezident Buş Birləşmiş Ştatlar Senatının şərqi Avropanın 7 ölkəsinin NATO-ya qəbul edilməsinə yekdilliklə səs verməsindən sonra namizəd ölkələrin xarici işlər nazirlərilə görüşmüşdür. Namizəd ölkələr Bolqarıstan, Estoniya, Latviya, Litva Ruminiya, Slovakiya və Sloveniyadır. Bu ölkələrin NATO-ya qəbul edilməsi alyansın ikinci dəfə genişlənməsi demək olacaq. ABŞ senatorlarının çoxunun bildirdiyinə görə, NATO-nun genişlənməsi İraq müharibəsilə bağlı yaranmış fikir ayırılqlarına görə zəifləmiş alyansa müsbət tə’sir göstərəcək. NATO-ya üzv 19 ölkə Senatda qəbul edilmiş sənədi təsdiq etməlidir. Birləşmiş Ştatlar Norveç və Kanadadan sonra namizədlərin qəbul edilməsini təsdiq edən üçüncü ölkədir.

XS
SM
MD
LG