Accessibility links

Prezident Bush vergiləri azaltmağı təklif edir - 2003-05-11


Prezident Bush Birləşmiş Ştatlarda daha çox iş yerlərinin açılması məqsədi ilə vergiləri azaltmağı təklif edib. Respublikaçılar və Demokratlar arasında bu barədə fikir ayrılığı var. Konqresin hər iki palatası bu fikirlə razılaşırlar ki, prezident Bushun bir milyon yeni iş yerlərinin açılması təklifinin onun gələn il keçiriləcək prezident seçkilərində öz namizədliyini yenidən irəli sürməyinə kömək edə bilər. Senatda sabah 350 milyard dollarlıq planın müzakirəsi gözlənilir. Bu, prezidentin təklifindən az, lakin bə’zi demokratların təklifindən artıqdır. Prezident Bush 10 il ərzində vergilərin 700 milyard dollar məbləğində ixtisarını təklif edirdi. İndi isə o, Konqresin Respublikaçılar palatasının cümə günü təsdiq etdiyi 550 milyard dollarlıq vergi ixtisarı planının təsdiqinə təzyiq göstərir. O deyir ki, amerikalıların maaşlarında nəzərəçarpacaq artım, müəssisələrin daha artıq iş yerləri və iqtisadiyyatımıza təkan üçün bizim 550 milyard dollar məbləğində vergi ixtisarına ehtiyacımız var. Həftəlik radio müraciətində prezident demişdir ki, aprel ayında Amerikada işsizliyin 6% olması göstərir ki, konqress tez qərar verməlidir, çünki bu, islahatlar iqtisadiyyata daha tez kömək edəcək, insanların əlində daha çox pul qalacaq və bu da onların alıcılıq qabiliyyətini artıracaq. Vergilərin ixtisarı müəssisələrə yeni sərmayə qoyuluşuna və yeni avadanlıq əldə edilməsinə imkan yaradacaq. Bu isə qarşıya məqsəd qoyulduğu iş yerləri deməkdir. Demokratlar isə prezidentin bu təklifini ədalətsiz hesab edir, vergilərin kəsilməsi zənginlərin xeyrinə olacağını və bunun büdcə kəsiri ilə üzləşən ştat hökumətlərinə köməyi olmayacağını deyir. Prezidentin radio müraciətinə cavab olaraq Nyu Cersi ştatının qubernatoru, demokrat Ceyms MakQreviy deyib ki, böyük vergi ixtisarı ştatların maliyyə vəsaitlərinin azalması deməkdir. O, deyib ki, çatışmayan hər bir dollar iqtisadiyatımıza yatıra bilmədiyimiz sərmayə, tikə bilmədiyimiz məktəblər və aça bilmədiyimiz iş yerlərinin dollarıdır. Bu gün 46 ştat orta hesabla 70 milyard büdcə kəsirinə malikdir. Ştatlar iqtisadi inkişafda iştirak etməsələr, ölkənin tənəzzülə uğrayan iqtisadiyyatının dirçəlişinə heç bir plan yardım etməyəcək. Qubernator MəkQrivey deyib ki, büdcə kəsiri vergilərin artırılması, xidmətlərin bağlanması ilə bütöv iqtisadiyayta ziyan vuracaq.

XS
SM
MD
LG