Accessibility links

Səudiyyə Ərəbistanının Ər Riyad şəhərində güclü partlayışlar olub - 2003-05-14


Prezident Buş Ər-Riyyadda baş verən terror hücumu kəskin qınayıb. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, Ər-Riyadda həyata keçirilən intihar hücumlarının nəticəsində 7 amerikalı daxil olmaqla azı 29 adam ölüb və 194 nəfər də yaralanıb. Ölənlərin 9-zu intiharçıdır. Şiddətli partlayışlar üç yaşayış binasının yanında baş verib. Binaların sakinləri əsasən qərblilər olub. Dövlət Katibi Kolin Pauel intihar hücumlarından 12-saat sonra İordaniyadan Ər-Riyada gedib. O deyib ki, onun Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Abdullah bin Əbdül Əziz və Xarici İşlər Naziri Səud Əl-Feysəl ilə keçirəcəyi müzakirələrin diqqət mərkəzi terrorçularla mübarizə məsələsi olacaq. Cənab Kolin Pauel Ər-Riyada gəlməzdən əvvəl İordaniyanın paytaxtı Əmmanda keçirdiyi mətbuat konfransında demişdi ki, o, hələlik bu hücumlardan kimin məsuliyyət daşıdığını deyə bilməz, amma, onun dediyi kimi desək, bütün bu əlamətlər Əl-Qayda terror şəbəkəsinin əməliyyatlarını xatırladır.

XS
SM
MD
LG