Accessibility links

İraqa qarşı sanksiyalar qismən saxlana bilər - 2003-05-15


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell İraqa qarşı beynəlxalq saksiyalar ləğv edilməzdən əvvəl Vaşinqtonun saksiyaların qismən saxlanması təklifini nəzərdən keçirəcəyini bildirib. Dövlət katibi bunu BMT-nin Təhlükəszlik Şurasının Amerikanın saksiyaların tamamilə qaldırılması ilə bağlı qətnamə layihəsinin müzakirəsinə hazırlaşdığı vaxt deyib. Caənab Pouell qeyd edib ki, Vaşinqton hələ də öz planına üstünlük verir, lakin İraq neftinin ixracı və satışının tez bir zamanda başlaması üçün kompromizlərə getməyə hazırdır. Qeyd edək ki, Rusiya sanksiyaların qismən saxlanılması ilə öz neft maraqlarının tə’minat altına alınacağı və İraqın borclarının ödəniləcəyindən əmin olmaq istəyir.

XS
SM
MD
LG