Sülh danışıqlarında Fələstinlilərin yüksək səviyyəli nümayəndəsi Saeb Erekat İsraillə çox mühüm danışlar ərəfəsində iste’fa verib. Fələstinlilərin rəsmi nümayəndələrinin bildirdyinə görə, İsraillə sülh danışıqlarına görə məs’uliyyyət daşıyan Saeb Erekat iste’fasını yeni baş nazir Mahmud Abbasa təqdim edib. Bu iste’fa Mahmud Abbasın İsrailin baş naziri Ariyel Şaronla keçirilməsi nəzərdə tutulan ilk görüşündən bir gün əvvələ təsadüf edir. Fələstinlilər bildirirlər ki, baş nazir Abbas cənab Erekatı Qüdsə yola düşəcək nümayəndə hey’ətinin tərkibinə salmamışdır. Buna e’tiraz olaraq cənab Erekat iste’fa vermişdir. Mahmud Abbasın iste’fa məktubuna cavab vermək üçün Saeb Erekatdan ona bir həftə vaxt verilməsini istədiyi xəbər verilir. Saeb Erekat Madriddə İsrailllilər və Fələstinlilər arasında 1992-ci ildə danışıqlar başlayandan sülh danışıqlarında vasitəçilik edir. Cənab Erekatın xaricdən ciddi təzyiqlər nəticəsində hakimiyyətin baş nazirlə bölüşdürülməsinə razı olmuş Fələstinililərin prezidenti Yasir Ərəfatın tərəfdarı olması mə’lumdur.