Accessibility links

Səudiyyə Ərəbistanı anti-terror səylərilə bağlı tənqidləri rədd edir - 2003-05-16


Səudiyyə Ərəbistanı anti-terror səylərilə bağlı tənqidləri rədd edir Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müşaviri Adil əl-Cübeyr ölkəsinə qarşı tənqidləri rədd edərək bildirib ki, Səudiyyə Ərəbistanı Əl-Qaidə terror şəbəkəsinə qarşı mübarizədə ən güclü müttəfiqdir. Bu gün Vaşinqtonda Səudiyyə Ərəbistanının səfirliyində çıxış edən Adil əl-Cübeyr ölkəsinə qraşı təndiqləri “ədalətsiz” adlandırıb. Bununla belə, rçsəo nümayəndə Səudiyyə Ərəbistanının bazar ertəsi günü paytaxt Riyadda bomba hücumunun qarşısını ala bilmədiyini e’tiraf edib. O deyib ki, onun ölkəsi belə hücumların bir daha baş verməyəcəyinə əmindir. Rəsmi nümayəndələr bildirirlər ki, Səudiyyə Ərəbistanının özü Əl-Qaidə terror şəbəkəsinin hədəfidir, hökumət qrupla mübarizə etmək əzmindədir və Əl-Qaidə terrorçularını tə’qib edir.

XS
SM
MD
LG