Birləşmiş Ştatların İraqda mülki idarəsinin başçısı Pol Bremer Bəəs partiyasının minlərlə keçmiş rəsmi nümayəndəsinin İraqın gələcək hökumətində iştirakını qadağan edib. ABŞ rəsmisi bu gün Bağdadda müxbirlərə bildirib ki, bu, Bəəs partiyasının təxminən 30 min üzvünə şamil olunacaq. Rəsmi nümayəndələr təcrübəli inzibati işçilərin işsiz qalacağını e’tiraf edirlər, lakin bununla belə, bildirirlər ki, partiya üzvlərinin İraqın siyasi həyatına müdaxilə etməsinin qarşısı almaq üçün bu qadğanın tətbiq eidlməsi zəruridir. Birləşmiş Ştatların rəsmi nümayəndələri İraqda təhlükəsizliklə bağlı bu gün mövcud problemlərin arxasında Bəəs partiyasının üzvlərinin dayana bildiyini söyləyirlər.