Accessibility links

Iraq generalı təslim oldu - 2003-05-17


Birləşmiş Ştatların hərbi nümayəndələrinin bildirdiyinə görə Səddam Hüseynin Respublikaçı qvardiyasının keçmiş generalı İraqda koalisiya qüvvələrinə təslim olub. Baş komandanlığın bəyanatında general Kamal Mustafa Abdulla Sultanın bu gün səhər təslim olduğu bildirilir. Qeyd edək ki, generalın adı Amerikanın axtarışını e’lan etdiyi 55 iraqının siyahısında yer alırdı. Generalın təslim olması Birləşmiş Ştatların İraqdakı mülki administratoru Pol Bremerin İraqın Bəəs partiyasının qalıqlarından tamamilə təmizlənəcəyini e’lan etməsindən bir gün sonraya təsədüf edir.

XS
SM
MD
LG