Accessibility links

Adil Ər-Cubeir: Ekstremistlərə qarşı mübarizə edəcəyik - 2003-05-18


Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi nümayəndəsi bildirib ki, keçən həftə Ər-Riyadda baş vermiş partlayışlardan sonra onun ölkəsi İslam ekstremistlərinə qarşı mübarizəni gücləndirib. Səudiyyə Ərəbistanının Xarici məsələlər üzrə müşaviri Adil əl-Cubeir bu gün FOX televiziyasına verdiyi müsahihibəsində deyib ki, gənclərin terrorçu dəstələrə qoşulmamaları üçün dövlət onların şəraitlərini yaxşılaşdırmalıdır və qeyd edib ki, Səudiyyə Ərəbuistanı terrorizmə qarşı mübarizədə öz dövlətinə məxsus hər bir aspektindən istifadə edəcək. Qeyd edək ki, keçən həftə bomba partlayışları nəticəsində 8 amerikalı daxil olmaqla 34 adam həlak olmuşdur. Eyni zamanda, Birləşmış Ştatların rəsmilərinə istinadən “Vaşinqton Post” qəzeti yazır ki, bu bomba partlayışlarının təşkilində İranda saxlanılan Əl-Qaidə liderlərindən biri olan Saif Adil şübhələnilir.

XS
SM
MD
LG