Accessibility links

Əlcəzairdə güclü zəlzələ  nəticəsində 770 adam həlak olub - 2003-05-22


Əlcəzairdə baş verən güclü zəlzələ nəticəsində 1100 adam həlak olmuş, beş mindən çox adam yaralanmışdır. Bunu Əlcəzairin Milli televiziyası bildirib. Xilasetmə qrupları binaların qalıqları altında qalmış insanların axtarışını davam etdirirlər. Əlcəzairin baş naziri Əhməd Quya-Hia ölənlərin sayının daha çox olacağını ehtimal edir. Təbii fəlakətin ən çox ziyan vurduğu bölgə, paytaxt Əlcəzairdən 60 kilometr aralıda yerləşən şərqdəki Rubiyə və Theniyə şəhərlərinin ətraflarındadır. Birləşmiş Ştatların Geologiya mərkəzində zəlzələ Rixter şkalası ilə 6.7 bal gücündə qeydə alınmışdı.

XS
SM
MD
LG