Accessibility links

Prezident Buş müharibədə həlak olanların xatirəsini anma mərasimində iştirak etdi - 2003-05-26


Prezident Buş bu gün Amerikada Xatirə günü müharibədə həlak olan əsgərlərin xatirəsini anmışdır. Vaşinqton yaxınlığında Arlinqton milli xiyabanında çıxış edən ABŞ prezidenti İraq və Əfqanıstanda müharibədə həlak olanları xüsusi qeyd etmişdir. Bundan əvvəl, Corc Buş xiyabanda namə’lum əsgərlərin qəbirləri önünə əklillər qoymuşdur. Bu, Birləşmiş Ştatlarda əklillərin qoyulması, paradlar, bir dəqiqəlik sükutla qeyd olunan xatirə günü mərasimlərindən biridir. Xatirə günü hər il may ayının son bazar ertəsi günü qeyd olunur. Bu ən’ənənin tarixi on doqquzuncu əsrin ortalarına aiddir.

XS
SM
MD
LG