Bu gün Azərbaycan parlamentinin әtrafında etiraz aksiyasına çıxmış müxalifət fəalları ilə polis arasında toqquşma olub. Azərbaycan parlamentinin qarşısında keçirilmiış etiraz aksiyası zamanı polislərlə toqquşma zamanı 20-yə yaxın adam yaralanıb. Bakı müxbirimizin verdiyi xəbərər görə bu etiraz aksiyasını Xalq Cəbhəsi Partiyası təşkil etmişdir. Dəyənəklərdən istifadə edən polislər 30-dan çox nümayiş iştirakçısını həbs ediblər. Polislər jurnalistərə və deputatlara da qarşı zor tədbiq edib. Partiya fəalları hakim partiyadan olan deputatlarının liderləri Əli Kərimovu təhqir etmələrinə etiraz edirdilər. Nümayişçilər prezident Əliyevin istefasını da tələb ediblər. Müraciət etmələrinə baxmayaraq Bakı Şəhər rəhbərliyi bu aksiyanı sanksiyalaşdırmaqdan imtina etmişdir. Şahidlərin dediklərinə görə, polis bu gün görünməmiş qəddarlıq nümayiş etdirib. Piketçilər arasında olan parlamentin üç deputatı - Əliməmməd Nuriyev, Qulamhüseyn Əlibəyli və Nizami Quliyev də zorakılığa məruz qalıb.