Accessibility links

İraqda iki Amerika əsgəri qətlə yetirilib - 2003-05-27


Birləşmiş Ştatların Mərkəzi Komandanlığının verdiyi mə’lumata görə, İraqın Falluca şəhərində həyata keçirilmiş hücum nəticəsində iki Amerika əsgəri ölmüş, döqquz əsgər yaralanmışdır. Mə’lumatda deyilir ki, namə’lum hücumçular əsgərlərə adi silah və qumbaralarla bu gün səhər hücum etmişlər. Mərkəzi Komandanlıq bildirir ki, əsgərlər cavab atəşi açmış, hücumçulardan ikisini öldürmüş, altı nəfəri həsb etmişlər. Falluca hakimiyyətdən devrilmiş Səddam Hüsyenin istinadgahı kimi tanınır. Bu arada, Səddam Hüseyn rejiminin axtarışda olan iki nümayəndəsinin, Bəəs partiyasının iki üzvünün həbs edildiyi bildirilir. Beləliklə, 55 nəfərin adının salındığı siyahıda olan şəxslərin yarısı artıq Birləşmiş Ştatların nəzarəti altındadır.

XS
SM
MD
LG