Bu gün Əlcəzairin qərbində paytaxt Əlcəzairdən 200 kilometr uzaqlıqda yerləşən Şlef vilayətində islamçılar olduqlarından şübhələnilən yaraqlılar 14 adamı qətlə yetiriblər. Bazar günü həmin vilaəytdə 7 adamın qətlə yetirildiyi xəbər verilmişdi. Bu ərazidə silahlı islamçı qrupun fəal olduğu deyilir. Röyter agentliyi Əlcəzair radiosuna istinadən hökumət qüvvələrinin Aralıq dənizi rayonlarında yaraqlıların axtarışına başladığını xəbər verir.