Bu gün Birləşmiş Ştatların müdafiə nazirinin müavini Pol Volfovitz bildirib ki, Amerika terrorizm kimi təhlükəsizliyə hədə törədən məsələlərə görə dünya ölkələrində hərbi qüvvələrinin yerləşdirilməsi məsələsini nəzərdən keçirir. Cənab Volfovitz indi dünyanın əvvəlkindən fərgli olaraq, başqa təhlükələr qarşısında olduğunu deyib. Sinqapurda Asiya Sakit okeanı hövzəsi ölkələrinin sammitində iştirak edən cənab Volfovitz bildirib ki, Amerika qüvvələrindən daha effektiv şəkildə istifadə edilməsi nəzərdən keçirilməlidir. O, “Los Anjeles” qəzetinin Vaşinqtonun dəniz qüvvələrini Japoniyadan çıxaracağı haqda mə’lumatını da təkzib edib.