Accessibility links

BMT KDR-na hərbi qüvvə göndərəcək - 2003-05-30


BMT-nin Təhlükəsizlik Şurası Konqo Demokrat Respublikasının şərqi İturi regionuna hərbi qüvvə göndərilməsi ilə bağlı yekdilliliklə qərar qəbul edib. BMT-nin baş katibi Kofi Annan bu ayın əvvəllərində İturi regionunun əsas şəhəri Buniada son həftələr əzrində 400 adamın ölümü ilə nəticələnən etnik zorakılıqların qarşısının alınması üçün ölçülər götürülməsinə çağırmışdı. Çoxmillətli qüvvələrə Fransa başçılıq edəcək. Fransanın BMT-dəki səfiri bildirmişdir ki, əməliyyatın məqsədi, hərbi qüvvələrdən istifadə edilməsi də daxil edilməklə, Buniada sabitlik və təhlükəszliyin bərpasıdır.

XS
SM
MD
LG