Prezidentin səfərinin ilk dayanacağı Polşa olacaq. Polşanın Krakov şəhərində prezident Buşun iki nasist həbs düşərgəsində olacağı, hökumət liderləri ilə görüşü və Polşa xalqına müraciət edəcəyi gözlənilir. Prezidentin çıxışı onun sözləri ilə deyilsə, “şər qüvvələri” və “tiranlıqla mübarizəyə” həsr ediləcək. Amerika prezidentinin İraq müharibəsində göstərdikləri dəstəyə görə polşalılara minnətdarlığını bildirəcəyi də gözlənilir.Corc Buş Polşadan sonra onun müharibə qərarını sual altına qoyan Rusiya və Fransanın prezidentləri ilə də görüşməli, Böyük Səkkizlərin sammitində iştirak etməlidir. Prezident Buş Yaxın şərqə ilk səfəri zamanı Fələstin və İsrailin baş nazirləri ilə üctərəfli danışıqlar keçirməyi və Amerikanın təklif etdiyi yeni sülh planına təkan verməyi planlaşdır