Accessibility links

Rusiya və ABŞ nüvə silahlarının yayılmaması sahəsində həmfikirdirlər - 2003-06-01


Prezident Buş Birləşmiş Ştatların nüvə silahlarının inkişafının qarşısının alınmasında Rusiya ilə birlikdə çalışacaqlarını deyib. Bu gün Sankt Peterburqda müxbirlərlə söhbətində prezident Buş dedi ki, o, Rusiya prezidenti Vladimir Putinlə birlikdə İranı nüvə silahlarının yayaılmamasına dair sazişin şərtlərinə tam əməl etməyə çağırdılar. Cənab Putin də bu məsələ ilə bağlı narahatlıqların aradan qaldırılması sə’ylərində Birləşmiş Ştatlarla birgə işləyəcəklərini dedi. Xatırladaq ki, Birləşmiş Ştatların rəsmiləri İranı nüvə silahlarının inkişafında günahlandırmış və Rusiyanın İrana köməyini dayandırmasını tələb etmişdilər.

XS
SM
MD
LG