Accessibility links

Fransada Böyük Səkkizlərin zirvə toplantısı işinə başlayıb - 2003-06-01


Səkkizlər qrupunun zirvə toplandısına Fransa prezidenti Jak Şirak ev sahibliyi edir. Üç günlük zirvə toplantısının gündəliyində dünya iqtisadiyyatı, terrorçuluq və inkişaf etməkdə olan ölkələrdə AİDS və açlıq məsələləri yer alıb. Görüşdə İraq münaqişəsindən sonra prezident Şirakla prezident Buş ilk dəfə olaraq üz-üzə əyləşəcəklər. Prezident Şirak Birləşmiş Ştatların rəhbərliyi altında İraqa qarşı müharibənin əleyhinə çıxış edirdi. Prezident Buş görüşdə iştirak etmək üçün təyyarə ilə Rusiyadan Cenevrəyə, oradan da helikopterlə Eviana getmişdir. 8-lər qrupunun zirvə toplantılarına BMT-nin Baş Katibi Kofi Annan, Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın dövlət və hökumət başçılları dəvət edilmişlər. 8-lərin zirvə toplatıları bir qayda olaraq qloballaşma əleyhinə olanların etiraz nümayişləri ilə müşayiət edilir. Bu dəfə Evianda nümayişlərə icazə verilməmiş, qəsəbədə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Amma etirazçılar İsveçrənin Eviana yaxın Lozana şəhərində nümyiş təşkil etmiş, şəhər mağazalarının pənçərə şüşələrini sındırmışlar.

XS
SM
MD
LG