Accessibility links

İraqda müvəqqəti hökumət gəələn ay ərzində təşkil ediləcək - 2003-06-02


Birləşmiş Ştatların İraqda rəsmi nümayəndələri ölkəni idarə etmək üçün müvəqqəti siyasi şuranın tə’yin edilməsi qərarına gəlmişlər. Bu haqda açıqlamaları ABŞ-ın İradakı mülki idarəsinin başçısı Pol Bremer verib. Bugünkü açıqlamalar müvəqqəti hökumətin iraqlılar tərəfindən milli konfransda seçilməli olduğu haqda əvvəlki bəyanatlarla ziddiyyət təşkil edir. Pol Bremer keçid dövrü hökumətinin mövcud olmayacığını bildirmişdir. Rəsmi nümayəndə habelə Birləşmiş Ştatların rəsmi nümayəndələrinin İraq əhalisinin bütün təbəqələrini, bütün dini və etnik qruqları təmsil edəcək şuranın təşkil edilməsi məsələsini intensiv müzakirə etdiyini də dilə gətirmişdir.

XS
SM
MD
LG