Accessibility links

Sabah Polşada referendum keçiriləcək - 2003-06-06


Polşada şənbə və bazar günləri Polşanın Avropa Birliynə üzvlüyü ilə bağlı referendum keçiriləcək. Son araşdırmalardan mə’lum olmuşdur ki, hər beş polyakdan dördü referendumda iştirak etməlidir. Lakin burada bə’zi problemlər mövcuddur. Səsvermənin nəticələrinin yetərli olması üçün səsvermə hüququna malik olan 30 milyon əhalinin heç olmasa yarısı refrendumda iştirak etməlidir. Lakin işsizlik və hökuməti nüfuzdan salan korrupsiya qalmaqallarına görə qəzəbli əhalinin çox hissəsinin səsvermədə iştirak etməyəcəyi təxmin edilir. Polyakların əksəriyyəti səsverməni boykot etsə belə, parlament 3-də 2 səslə Avropa Birliyinə üzvlük məsələsini təsdiq edə bilər.Almaniya kansleri Gerhard Şröyder və Britaniyanın baş naziri Toni Bleyer daxil edilməklə, dünya ölkələrinin bəz’i liderləri Varşavaya gedərək, Polşa xaqlqını referendumda iştirak etməyə cağırmışlar. Cənab Şröyder seçicilərə demişdir ki, təkcə Polşanın Avropaya deyil, Avropanın da Polşaya ehtiyacı var. Polşada doğulan Roma Papası İkinci İohan Pavel də katolikləri belə bir tarixi imkandan imtina etməməyə cağırmışdır. Rəsmi nümayəndələr və təhliçilərin fikrincə Polşanın 40 milyondan ibarət əhalisi say baxımından gələn may ayı Avropa Birliyinə qoşulacaq digər 9 ölkə əhalisindən artıqdır. Polşanın seçki məntəqələri şənbə və bazar günləri 14 saat açıq olacaq. İlkin nəticələr isə bazar günü gecə açıqlanacaq.

XS
SM
MD
LG