Bu gün Konqo demokratik respublikasında silahlı uşaqlar da daxil edilməklə, rəqib partizan yaraqlı dəstəsi Bunia şəhəri uğrunda döyüşlər aparıblar. Qeyd edək ki, bundan bir gün əvvəl Fransa qüvvələri məntəqədə qırğınlara son qoyulması məqsədi ilə oraya yerləşdirilmişdi. Lendu qəbiləsinin döyüşçüləri ağır silahlar, top, tüfəng və qumbaralarla Konqo Vətənpərvər Birliyinin mövqelərinə qarşı hücuma keçmişlər. Hema qəbiləsinin bu partiyası Konqonun şimal-şərq bölgəsinə nəzarət edir.