Accessibility links

Pakistandakı şiə təriqətləri arasında zorakılıqlar davam edir - 2003-06-08


Pakistan polisi bildirir ki, ölkənin cənubqərbindəki Kvetta şəhərinin yaxınlığında tə’lim keçən 11 polis nəfəri həlak olub, 9-zu isə yaralanıb. Polis nümayəndəsi deyir ki, polislər tə’lim mərkəzinə avtobusla gedən vaxt iki silahlı şəxsin hücumuna mə’ruz qalmışlar. Hücumun səbəbi və hansı qrup tərəfindən həyata keçirildiyi hələlik mə’lum deyil. Lakin polis zabiti deyir ki, hücumun səbəbi təriqətlər arasında gedən zorakılıqlarla bağlıdır. Həlak olan polislərin çoxu azlıqdakı Hazara şiə təriqətinin üzvü idi. İndiyə qədər şiə təriqətinin üzvlərilə çoxluq təşkil edən sünnülər arasında baş verən iğtişaşlarda yüzlərlə adam həlak olmuşdur.

XS
SM
MD
LG